Bakı. İlhamə İsabalayeva - Trend:
AMEA Nəsimi adına Dilçilik İnstitutu “Qaynar xətt”in fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İnstitutdan Trend-ə verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Qaynar xətt” hazırda fəaliyyət göstərir:
"Son bir həftə ərzində “Qaynar xətt”ə onlarla zəng daxil olub və cavablandırılıb. Arzu edənlər “Qaynar xətt”ə (012 538 06 37) müraciət edə bilərlər".