...

Yanvarda doğulanlar arasında oğlan uşaqları yenə də çoxluq təşkil edib

Cəmiyyət Materials 16 Mart 2021 13:06 (UTC +04:00)
Yanvarda doğulanlar arasında oğlan uşaqları yenə də çoxluq təşkil edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yanvar ayında 10812 körpə doğulub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınan doğum sayı əhalinin hər 1000 nəfəri üçün 12,7 təşkil edib.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti