...

Paytaxtda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

Cəmiyyət Materials 31 Mart 2021 10:02 (UTC +04:00)
Paytaxtda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu

Bakı. İlhamə İsabalayeva - Trend:

Martın 31-də paytaxtdakı 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti