...

Azərbaycanda 2 021 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Cəmiyyət Materials 4 Aprel 2021 15:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.

Ölkədə son sutka ərzində 12 210 , hazırkı dövrədək isə 2 928 955 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti