...

Şamaxı Astrofizika Rəsədxanasına baş direktor seçilib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2021 11:19 (UTC +04:00)
Şamaxı Astrofizika Rəsədxanasına baş direktor seçilib (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

AMEA-nın Fizika-Riyaziyyat və Tex¬nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığınacaağının onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib.

AMEA-dan Trend-ə verilən məlumata görə, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun namizədliyi irəli sürülüb.

Onlayn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti