...

Güclü külək enerji təsərrüfatına ciddi ziyan vurub, bir neçə rayonda işıq kəsilib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2021 13:15 (UTC +04:00)
Güclü külək enerji təsərrüfatına ciddi ziyan vurub, bir neçə rayonda işıq kəsilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Güclü külək bir sıra regionlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Trend-in məlumatına görə, külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.

Dərhal hadisə yerinə gələn "Azərişıq" ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmirbərpa işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti