Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)

Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)

Bakı. Trend:

10 aprel 2021-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət etdilər.

Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 5-ci ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirildi.

5 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 5-ci ildönümü münasibəti ilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
Cənab Sadıqov bildirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstərcisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması oldu.

Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinin prioritet kimi müəyyən edilməsi, həmçinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.
Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə ölkə başçısının tapşırığına əsasən ötən müddət ərzində Agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar, iyun ayında isə Gəncə şəhərində 6,23 hektar, 2020-ci ildə Suraxanı rayonunda 23,25 hektar torpaq sahələri ayrılmışdır. Bununla yanaşı, 2021-ci ilin mart ayında Lənkəran şəhərində 1,5 hektar və Sumqayıt şəhərində isə 2 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdrılması məqsədi ilə Agentliyin sərəncamına verilmişdir.

Qeyd edək ki, MİDA-nın ilk layihələri olan Yasamal Yaşayış Kompleksi (11,6 ha) və Hövsan Yaşayış Kompleksinin (20 ha) icrası tamamlanmış, növbəti 3 layihəsi (Yasamal Yaşayış Kompleksi (15.4 ha), Sumqayıt şəhərində reallaşdırılan layihə və Gəncə Yaşayış Kompleksi) üzrə tikinti işləri isə davam etdirilməkdədir. Paralel olaraq Suraxanı rayonunda 18,81 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulmuşdur. 2018-ci ilin dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin açılışında iştirak etmiş, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq yeni yaşayış kompleksinin təməlini qoymuşlar. 2020-ci ilin mart ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan Yaşayış Kompleksinin açılışında iştirak etmiş, iyunun 24-də isə Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olmuşlar.
Hesabat dövrü ərzində (2016-2020) Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunmuşdur. Yasamal Yaşayış Kompleksində yerləşən 1633 güzəştli mənzilin satışı tam başa çatdırılmış, Hövsan Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən isə 655-nin rəsmiləşdirilməsi yekunlaşdırılmışdır. 21 aprel 2021-ci il tarixində isə Hövsan Yaşayış Kompleksində yerləşən növbəti 503 mənzilin satışı həyata keçiriləcək.

Bu müddət ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə ümumilikdə 2288 mənzil vətəndaşlara təqdim edilmişdir. Mənzilə sahib olmuş vətəndaşlardan 1345 nəfərinin yaşı 35-ə qədərdir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə də mənzillər ayrılır. Müvafiq qurumların müraciətlərinə əsasən Agentliyin layihələrindən ümumilikdə 1418 mənzil dövlət sifarişi əsasında ayrılmışdır. Bu mənzillərdən 991-nin rəsmiləşdirilməsi başa çatdırılmışdır.

Beləliklə, 5 il ərzində Agentliyin fəaliyyəti nəticəsində ümumilikdə 3 279 ailə mənzil ilə təmin edilmişdir. Yaxın 2 il ərzində isə daha 6827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0.75 hektar ərazidə 144 mənzilin tikinti işləri tamamlanmaq üzrədir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə reallaşdırılan yeni yaşayış kompleksində isə 2950 mənzilin, 240 yerlik bir uşaq bağçasının, 1920 şagird yerlik orta təhsil məktəbinin tikintisinə başlanılmışdır. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da vətəndaşların mənzilə olan ehtiyacı araşdırılaraq tələbatın daha çox olduğu yerlərdə torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, MİDA-nın layihələrində yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları da istifadəyə verilir. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilir və inşa olunur. Layihələndirmə zamanı ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Komplekslərin ərazisində müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir. Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar quraşdırılır, velosiped yolları çəkilir. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillər illik 4%, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10%-i və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir. Bundan əlavə mənzili öz vəsaiti hesabına əldə etmək istəyən vətəndaşlara isə əlavə 10% güzəşt tətbiq edilir.

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 16 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq MİDA fəaliyyəti dövründə dövlət-özəl tərəfdaşlığı layihələrini də həyata keçirmişdir. Ümumilikdə 5 il ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın reallaşdırdığı layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 80 milyon manata yaxın özəl investisiya cəlb edilmişdir.
Fəaliyyəti dövründə Agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilmişdir. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilmiş, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılmışdır. Bununla yanaşı müxtəlif vaxtlarda keçirilən ağacəkmə aksiyaları zamanı Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 8000-ə yaxın ağac əkilmişdir.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər vəzifəli şəxsləri də 5 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.
Daha sonra, Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindən güzəştli mənzil əldə edən Bəhruz Əliyev kompleks sakinləri adından çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə aztəminatlı və gənc ailələrin sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihəyə görə dərin təşəkkürünü bildirib.

Bununla yanaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 5-ci ildönümü münasibətilə Agentliyin növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin (15.4 ha) ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilmiş aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 600-ə yaxın yeni ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq edilmişdir.

Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Çernoqoriya turistlərə sərhədlərini açır
Çernoqoriya turistlərə sərhədlərini açır
Loading Bars
Xəbər lenti
Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib - Arzu Nağıyev
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir (FOTO)
Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB
Mayın 18-nə USD/AZN rəsmi məzənnəsi
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (FOTO/VİDEO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedib
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb - Nazir
Təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müraciətlər bu tarixdən aktivləşir
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi
2100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib - Ədliyyə naziri
277 nəfər buraxılış imtahanına gəlməyib - DİM
Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı açıqlama yayıb
Müslüm Maqomayevin tuncdan heykəli bir aya hazır olacaq - Trend TV-nin REPORTAJI
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
DİM buraxılış imtahanlarının nəticələrini elan etdi
Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib
Bakıda ilk dərs günündə məktəblərdə davamiyyət 80 faiz təşkil edib - BŞTİ
Bakıda heroin alverçisi yaxalandı (FOTO/VİDEO)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri revanşist qüvvələrə mesaj olacaq - Ekspert
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur - Lavrov
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
ÜGT-nin Avropa regionunda “köklü dəyişmə yaradan texnologiyalar” mövzusunda seminarı keçirilir (FOTO)
Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını nəşr edib
AXC-Müsavat cütlüyünün xəyanəti ermənilərin torpaqlarımızı işğal etməsini asanlaşdırdı - Deputat
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
Qəzzadan İsrailə atılan raket yaşayış binasına düşüb - Yaralılar var
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
Yığmamız dünya birinciliyinə qatılacaq
Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verdi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
40 yaşlı kişi özünü evində turnikdən asıb öldürdü
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıya gəlib (FOTO)
Maştağada toy yarımçıq dayandırıldı, 40 nəfər cərimələndi (FOTO/VİDEO)
Əkinlərini düzgün bəyan etməyən fermerlər subsidiyadan məhrum olunacaq - Nazirlik
TAC MMC əməkdaşları iş yerlərində vaksinasiya olunub
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
Astarada apteki qarət edən şəxs saxlanılıb
Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib
Azərbaycanda 250 kilometr uzunluğunda velosiped yolu çəkiləcək
Bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri müəyyənləşib
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
Bərpa olunan enerji üzrə qiymətlər bu qaydalarla müəyyənləşdiriləcək
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (VİDEO)
Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
AzTV-dən maliyyə yoxlaması barədə açıqlama
DSX əməkdaşlarının öldürülməsilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olundu
Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb
İki xəstəxanada kobud pozuntular aşkarlanıb - Sənədlər prokurorluğa göndərilib
İranda güclü zəlzələ olub, yaralılar var
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı
Salyanda 5 kəndin yolu yenidən qurulur (FOTO)
Mayın 17-də xarici valyutaların manata qarşı məzənnələri
Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - SN
Şəkidə ağır yol qəzası, ölən var
Bütün xəbərlər