...

Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri

Cəmiyyət Materials 13 May 2021 10:25 (UTC +04:00)
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Yüz illər ərzində ermənilər bizim torpaqlarımızı işğal edib. Xalqımız nə qədər bir olsa, bir yumruq kimi birləşsə, daim zəfər çalacaq. Biz həmişə bir olmalıyıq. Çünki Azərbaycan xalqı bu birlik sayəsində qələbə qazandı.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə deyib ki, qələbəni qazanmaq üçün dövlət və xalq birliyi, iman lazım idi. Azərbaycan xalqı bu birlik sayəsində qələbə qazandı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərə şəfa versin. Ali Baş Komandanın dediyi kimi, bir yumruq kimi birləşdik və erməni faşizmini məhv edə bildik. Mən çox sevinirəm ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxışında bildirdi ki, dəmir yumruğun içərisində dindarldarımız da var.

Buna görə Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Həqiqətən də belə oldu. Bu dövrdə aktiv fəaliyyətlərinə görə din xadimlərimizə təşəkkürümü bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti