...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​

Cəmiyyət Materials 14 May 2021 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 107 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 739 153 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti