...

Ötən gün nəşi tapılan şəhid Təbriz İbrahimov dəfn olunub (FOTO/VİDEO)

Cəmiyyət Materials 20 May 2021 11:08 (UTC +04:00)
Ötən gün nəşi tapılan şəhid Təbriz İbrahimov dəfn olunub (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsində şəhid olan hərbi qulluqçu Təbriz İbrahimovun cənazəsi Bakıya gətirilib.

Trend-in məlumatına görə, ötən gün nəşi tapılan şəhid Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti