...

Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 İyun 2021 17:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 366 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 735 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 513 085, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 581 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 931 195 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti