...

Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Nazirlik

Cəmiyyət Materials 10 İyun 2021 15:21 (UTC +04:00)
Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Nazirlik

Bakı. Trend:

Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.

Onun sözlərinə görə, 28 gündən sonra üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir: “Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti