...

Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı AÇIQLANDI

Cəmiyyət Materials 10 İyun 2021 20:08 (UTC +04:00)
Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı AÇIQLANDI

Bakı. Trend:

Bakıda 38 185 təhsil işçisindən 24 mindən çoxu vaksinasiya olunub.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazirin sözlərinə görə, 4 620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb. 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib.

"Hamının vaksinasiya olunmasını tövsiyə edirəm”- deyə, nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti