...

İF-dən Zivella Rounded-ə mükafat

Cəmiyyət Materials 14 İyun 2021 14:51 (UTC +04:00)
İF-dən Zivella Rounded-ə mükafat

Bakı. Trend:

Zivella Rounded adlı dizaynı iF Design Award-da mükafatlandırıldı.

Yeni nəsil iş sahələri üçün xüsusi dizaynlar yaradan Zivella, 2021-ci ilin ilk mükafatını iF Design Award-dan aldı. İkonik duruşu ilə Zivella Rounded oturacaq dizaynı Office kateqoriyasında mükafatlandırıldı.

Rounded, dünyanın hər yerindən müstəqil mütəxəssislərdən ibarət olan 98 nəfərlik iF münsiflər heyəti tərəfindən qiymətləndirilərək sadə və həndəsi dairəvi forması sayəsində mükafat almağa layiq görüldü və rahat bir istifadəçi təcrübəsi təqdim etdi. Müsabiqəyə 52 ölkədən təxminən 10.000 müraciət təqdim edildi.

Alınan mükafatla bağlı Zivella İdarə Heyətinin sədri Abdurrahman Uzun dedi: “Təxminən bir ildir kolleksiyamızda olan Rounded, dəstəklədiyimiz gənc dizaynerlərimizdən Emin Ercanın bir əsəridir. Ölkəmizdə dizayn sahəsində yeni istedadların yetişdirilməsi bizim üçün çox dəyərlidir. Zivella olaraq gənc dizaynerlərimizə dəstək verməyə davam edəcəyik. Bu mükafatı birlikdə qazandığımız üçün fəxr edirik. ” dedi.

İkonik duruş

Yerindəki simvolik mövqeyi ilə diqqət çəkən Rounded, rahat bir istifadəçi təcrübəsi təqdim edir. Sadə və həndəsi dairəvi forması ilə rahat bir oturma səthi yaradan Rounded, Emin Ercan imzasını daşıyır. Rounded, dizaynın təəccüblü tərəfini sadəliklə birləşdirir.

İF DESIGN AWARD haqqında: 67 ildən çoxdur ki, iF DESIGN AWARD, üstün dizayn üçün keyfiyyət möhürü olaraq qəbul edilir. İF etiketi, üstün dizayn xidmətləri ilə dünyaca məşhurdur və iF DESIGN AWARD dünyanın ən əhəmiyyətli dizayn mükafatlarından biridir. Müraciətlər aşağıdakı intizamlar arasından verilir: məhsul dizaynı, qablaşdırma dizaynı, rabitə və xidmət dizaynı, memarlıq və daxili dizayn, həmçinin istifadəçi təcrübəsi (UX) və istifadəçi interfeysi (UI) ilə peşəkar konsepsiya dizaynı. Bütün mükafat qazanan əsərlər iF dizayn tətbiqetməsində və iF DÜNYA DİZAYN BƏLƏDÇİsində yer alır.

Zivella haqqında: Zivellanın dizayn səyahəti 1999-cu ildə ofislərin, yeni nəsil iş sahələrinin və məkanların dəyişən ehtiyaclarına yenilikçi və insani həllər təqdim etmək məqsədi ilə başladı. İstanbulda yerləşən fabrikində istehsal edən Zivellanın ölkə daxilində Ankara, Antalya, İstanbul, İzmir, Konya və Rizedə, xaricdə isə Azərbaycan və İngiltərədə ümumilikdə səkkiz mağazası var. İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Hollandiya, Belçika, Lüksemburq, Misir və Səudiyyə Ərəbistanında nümayəndəlikləri olan Zivella, 37 ölkəyə ixracat həyata keçirir. Dünyaca məşhur dizaynerləri, dizayn qrupu və 200 nəfərlik heyəti ilə Zivella, dizayn etdiyi hər məhsulda estetik, keyfiyyət və orijinal dizayn anlayışını üst səviyyəyə gətirməyə və mövcud olan hər sahədə mükəmməlliyə nail olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti