...

5 aya 732 mindən çox şəxsə sosial müavinət və Prezident təqaüdləri ödənilib

Cəmiyyət Materials 18 İyun 2021 10:42 (UTC +04:00)
5 aya 732 mindən çox şəxsə sosial müavinət və Prezident təqaüdləri ödənilib

Bakı. Samir Əli - Trend:

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 mln. manat çox olmaqla, 420,1 mln. manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti