...

Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-də keçirilən respublika konfransında fəal iştirak ediblər

Cəmiyyət Materials 20 İyun 2021 12:07 (UTC +04:00)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda keçirilən respublika elmi-praktiki konfransında fəal iştirak edib.

MDU-dan Trend-ə bildirilib ki, ölkəmizin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən çoxlu sayda professor-müəllim heyəti üzvlərinin və tədqiqatçıların iştirak etdiyi konfransda MDU-nun 14 əməkdaşı müxtəlif iqtisadi, sosial və siyasi mövzularda hazırladıqları məqalələrlə çıxış ediblər.

Qeyd edək ki, altı bölmə iclasından ibarət keçirilmiş sözügedən konfransın materiallarına daxil olan 91 məqalədən 14-ü MDU-nun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti