...

Qurban bayramı ilə bağlı iş günlərinin yeri dəyişdirilib - 4 gün istirahət olacaq

Cəmiyyət Materials 1 İyul 2021 19:45 (UTC +04:00)
Qurban bayramı ilə bağlı iş günlərinin yeri dəyişdirilib - 4 gün istirahət olacaq

Bakı. Trend:

Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

Trend-in məlumatına görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.

Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.

Beləliklə iyulun 17-də ölkədə iş günü, 18,19,20,21-də isə qeyri-iş günləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti