Mətbuat Şurası Milli Mətbuat Gününü Qarabağ bölgəsi üzrə müxbirlərlə birgə qeyd etdi (FOTO)

Mətbuat Şurası Milli Mətbuat Gününü Qarabağ bölgəsi üzrə müxbirlərlə birgə qeyd etdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurası Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə əməkdaşları ilə birgə qeyd edib. Bu münasibətlə Şura Tərtərdə Rayon İcra Hakimiyyəti ilə birgə toplantı keçirib. Toplantıda KİV-lərin 44 günlük Vətən Müharibəsinin işıqlandırılmasında xidmətləri olmuş müxbir və operatorlarına MŞ-nin və Tərtər RİH-in diplomları təqdim edilib.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, 44 gün davam etmiş Vətən Müharibəsi dönəmində rəhbərlik etdiyi rayon başda olmaqla ümumilikdə bölgə cəbhəyə köklənmişdi, hər kəs qalibiyyət üçün əzmlə çalışmışdı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyət qoymuşdu. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilmişdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetirmişdilər. Bu missiya eyni zamanda vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi. M.Məmmədov çıxışında həmçinin tədbirə toplaşmış media nümayəndələrinə Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz növbəsində bölgələrdəki KİV əməkdaşlarını 22 iyul Milli Mətbuat Günü ilə bağlı təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. Ə.Amaşov bildirib ki, Şura ilk dəfədir bu əlamətdar tarixi ancaq regionda qeyd edir. “Bununla 44 günlük Vətən Müharibəsində jurnalistikanın, xüsusən də bölgələrdə fəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaq istəyirik. Sizlərin, tədbirimizə toplaşanların son dərəcə böyük əməyi var. Bu əmək həm peşə borcuna həssas yanaşma idi, həm də vətənpərvərlik. Nə gözəl ki, siz bu iki dəyəri vəhdətdə tutdunuz, nümunə göstərdiniz”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri çıxışında həmçinin iştirakçılara rəhbərlik etdiyi qurumun Vətən Müharibəsi müddətində həyata keçirdiyi fəaliyyət barədə də geniş məlumat verib. O deyib ki, müharibədə əsgər və zabit kimi döyüşmüş jurnalistlər olub. MŞ onları daim diqqətdə saxlayıb, ailələri ilə müntəzəm təmaslar qurub. “Bu gün burada sizinləyik. Tərtər müharibə zamanı düşmənə ləyaqətlə sinə gərən rayonlarımızdandır. Bura arxa cəbhənin bir növ mərkəzi sayılırdı. Həm də ön cəbhəyə yaxınlıq baxımından. Bildiyiniz kimi, Tərtər ermənilərin atdıqları müxtəlif növ raket atəşlərindən xeyli ziyan görmüşdü. Rayon ərazisinə və mərkəzinə dəfələrlə mərmilər düşmüşdü. Mən özüm iki dəfə burada oldum. Nə qədər ağır və gərgin şəraitin hökm sürdüyünü gördüm. Eyni zamanda insanlardakı ruh yüksəkliyini də hiss etdim, duydum. Hər kəs, hər bir tərtərli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müsəlləh əsgəriydi. Sizlər də bu şəraitdə işləmisiniz, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşmısınız, öz peşə borcunuzu ləyaqətlə yerinə yetirmisiniz. Təbii ki, qürurlu anların da şahidinə çevrilərək canlı tarixi gözlərinizlə görüb yaratmısınız. Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə istədi ki, Milli Mətbuat Günü ilə bağlı böyük əməyinizə özünün töhfəsini versin. İstədik ki, milli mətbuatımızın 146-cı ildönümü həm də xatirinizdə müharibə dövründəki əməyinizə dəyər baxımından yadda qalsın”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib, təbriklərini çatdırıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında bildirib ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Bilavasitə İkinci Qarabağ Müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib. “Çox şükür ki, onların hamısı evlərinə, əzizlərinin və doğmalarının yanına sağ-salamat qayıtdı. Ümumən Vətən Müharibəsinin informasiya cəbhəsinin qurulmasında jurnalistika fəal rol oynadı. Mətbuat Şurası da öz növbəsində ermənilərin informasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırdı. Bütün bunlar qələbənin qazanılmasında mühüm rol oynadı. İlk dəfə idi ki, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Federasiyası kimi qurumlar Azərbaycanın mövqeyini əks etdirən bəyanatlarla çıxış etdilər, ermənilərin informasiya təxribatını gündəmə gətirdilər”, - deyə M.Ələsgərli vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də Vətən Müharibəsində medianın daşıdığı missiyaya toxunub. O bildirib ki, zamanla bu missiyaya daha dolğun tarixi qiymət veriləcəkdir: “Bu tarixi qiymətin verilməsi son dərəcə vacibdir. Heç şübhəsiz, bu sizlərin əməyidir. Hər biriniz ən xoş sözlərə layiqsiniz. Əməyiniz danılmazdır. Buna görə də Mətbuat Şurası qərara aldı ki, 22 iyul Milli Mətbuat Gününü burada sizinlə qeyd etsin”.

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə çıxışında toplantı iştirakçıları olan həmkarlarına milli mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, tədbir iştirakçıları olan bölgə müxbirlərinin əlamətdar günün sevincini yaşamağa daha çox haqlarının çatdığını vurğulayıb.

Toplantıda 44 günlük Vətən Müharibəsi dönəmində KİV-lərin Qarabağ bölgəsi üzrə müxbirlərinin adından çıxış edən İTV-nin bölgə müxbiri Şöhrət Eyvazov, “Respublika” qəzetinin bölgə müxbiri Salman Babayev və başqaları həmkarlarının əməyinə verilən qiymətə görə təşəkkürlərini çatdırıblar. Onlar bu ənənənin davamlı olacağına inamlarını ifadə ediblər. Onlar çıxışılarında həmçinin 44 günlük Vətən Müharibəsinin xalqımızın qəhrəmanlıq tarixində böyük önəm daşıdığını vurğulayıblar. Bu baxımdan müharibə zamanı bölgə müxbirlərinin və operatorlarının birgə əməklərinin məhsulu olan materialların toplandığını və tezliklə ictimaiyyətə təqdim ediləcəyini bildiriblər.
Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən Müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına və Azərbaycan ictimaiyyətinin operativ və dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə MŞ-nin və Tərtər RİH-in birgə diplomu ilə təltif ediliblər.

Toplantıda həminin Vətən Müharibəsi dönəmində qardaş Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin - TRT, ATV, CNN türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşlarının da böyük əmək sərf etdikləri, bu media orqanlarına da diplomların təqdim ediləcəyi vurğulanıb. Bundan başqa tanınmış fotojurnalist Rza Deqqati və CNN türk telekanalının əməkdaşı Fulya Öztürk müharibə həqiqətlərini peşəkarcasına işıqlandırılmasındakı xidmətlərinə görə təltif ediliblər. Bu şəxslərə də mükafatlarının çatdırılacağı vurğulanıb.

Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik - Türkiyənin nəqliyyat və infrastruktur naziri (ÖZƏL)
Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik - Türkiyənin nəqliyyat və infrastruktur naziri (ÖZƏL)
Ermənilərin dağıtdığı evlərin tikintisi yekunlaşır – Bu günlərdə yaşayış başlayacaq (Trend TV)
Ermənilərin dağıtdığı evlərin tikintisi yekunlaşır – Bu günlərdə yaşayış başlayacaq (Trend TV)
Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Loading Bars
Xəbər lenti
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan
Polisi bıçaqlayan şəxslə bağlı prokurorluqda cinayət işi açılıb
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Harda ki, haqsızlıq var, onu çəkib dünyaya göstərmək istəmişəm - Reza Deqati
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir (FOTO/VİDEO)
Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb
Bakıda məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgi təşkil olunub (FOTO)
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanının nəticələri açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşür (FOTO)
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir (FOTO)
Azərbaycanda 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb
Antalyada yanğın nəticəsində ölənlərin sayı beşə çatıb
“Marş İrəli” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycanın neft ixracı 4,8 faiz azalıb
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)
Həbs müddəti başa çatmış şəxslər özünüməşğulluq proqramlarına cəlb edilir
Azərbaycan Ordusunun əsgəri həlak olub
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini ələ keçdi
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı əməliyyat müşavirəsi keçirilib
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb (FOTO)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)
Bakıda narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb
Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur - MN
Milli Məclisin İntizam komissiyasının Eldəniz Səlimova görə toplanacağı vaxt açıqlandı
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
İranda daha 286 nəfər koronavirusdan ölüb
Təkrar MİQ imtahanlarının keçiriləcəyi tarix açıqlandı
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Şabranda şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub
ABADA-nın baş katibinin müavini vəfat edib
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb
Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb (FOTO)
Xaricdə təhsil almış məzunlar Ağdama səfər edib (FOTO)
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Azərbaycan yanğınsöndürənləri qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edirlər (VİDEO)
Bakıda ağır yol qəzası: Ölən var
Tokioda gündəlik koronavirusa yoluxma rekordu yenilənir
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır - Vüqar Rəhimzadə
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub
"Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)
Paytaxtda iməclik keçirilib (FOTO)
İşğaldan azad edilmiş ərazilərin bərpası layihələrinin icrasına mane olmaq mümkün deyil - Naqif Həmzəyev
Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir - Leyla Abdullayeva
Pakistan daim Azərbaycanın yanındadır - Səfir
Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr fəlakət zonası elan edilib
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Son üç ildə sosial ödənişlər 2,4 milyard manat artıb - Sahil Babayev
Flora Kərimovaya “Şərəf” ordeni və Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Zəngilan və Cəbrayıla vurulmuş zərərlə bağlı araşdırma materialları Baş Prokurorluğa təqdim edilib
Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün Milli Məclisə təqdimat göndərilib
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Kürdəmirdə 53 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb
Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır? - Rəsmi AÇIQLAMA
Polisi bıçaqlayan şəxs saxlanılıb
Restoran sahibi 10 gün inzibati həbs edildi (FOTO)
Əlaqələndirmə Qərargahının nəzdində Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Binəqədidə qadın bıçaqlanaraq öldürülüb
Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib
Ötən gün toylarla bağlı qaydaları pozan 84 nəfər cərimələnib, 1 nəfər həbs olunub
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
Azərbaycanda mehmanxanalardan əsasən bu ölkələrin vətəndaşları istifadə edib
Hacıqabulda saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı (FOTO)
Ermənistanın yaydığı dezinformasiyalar itkilərini erməni cəmiyyətinin gözündə pərdələməyə hesablanıb - Ekspert
Şirvanda növbəti narkotik əməliyyatı: Daha beş nəfər narkotiklərlə tutuldu (FOTO)
Bakıda 2 otaqlı mənzil yanıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 16 mini ötüb
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
Peruda 6,2 bal gücündə zəlzələ olub
Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar (FOTO)
Berlində atışma olub, 4 nəfər yaralanıb
Türkiyədə son sutkada koronavirusdan 5 752 nəfər sağalıb
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Ərəb koalisiyası husilərin PUA-sını məhv edib
Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırlıb
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü
Güləşçilərimiz Tokioda məşqlərə başladı
USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan
CBC teleradio şirkətində kadr islahatları aparılıb
Bütün xəbərlər