...

Polad Həşimov hər zaman istəyirdi ki, insanlar rahat yaşasınlar - Ofelya Həşimova

Cəmiyyət Materials 22 İyul 2021 12:37 (UTC +04:00)
Polad Həşimov hər zaman istəyirdi ki, insanlar rahat yaşasınlar - Ofelya Həşimova

Bakı. Çingiz Səfərli - Trend:

Polad Həşimov hər zaman istəyirdi ki, abadlıq olsun, insanlar rahat yaşasınlar.

Trend xəbər verir ki, bunu Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində onun həyat yoldaşı Ofelya Həşimova deyib.

O bildirib ki, Polad Həşimov və digər şəhidlərimiz üçün bu gün əkilən ağaclar böyüdükcə, onların da ruhu şad olacaq: "Xatirə lövhəsində onunla birgə digər şəhidlərimizin də şəkillərinin olması məni təsirləndirdi. Allah generalımıza və bütün şəhidlərimizə rəhmət eləsin. Biz onlarla qürür duyuruq. Bütün şəhid ailələrinə sonsuz hörmət və ehtiramımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti