...

Peyvənd oluna bilməyən şəxslərə əks-göstəriş sertifikatı veriləcək

Cəmiyyət Materials 26 İyul 2021 15:45 (UTC +04:00)
Peyvənd oluna bilməyən şəxslərə əks-göstəriş sertifikatı veriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Səhhətinə görə koronavirusa qarşı vaksin olunmayan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.

Ş.Mövsümov bildirib ki, bu sertifikatlar südverən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün nəzərdə tutulur.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı xüsusi komissiya yaradılacaq: “Əgər doğrudan da onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti