“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondu 27 iyul 2021-ci il tarixində uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş "Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

Bu barədə Trend-ə Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

Bir müddət öncə ictimaiyyətə təqdim olunan "Karabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

"Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

Tədbirdə QDF-in Müşahidə Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırımla yanaşı, ölkədə ictimai rəyin formalaşmasında, 44 günlük müharibə ərzində Qarabağ mövzusunun daha geniş kütləyə çatdırılmasında rolu olan bir çox tanınmış ictimai simalar və KİV nümayəndələri iştirak edib.

Tədbiri açılış nitqi ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açıb.

Sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, məqsəd və vəzifələri, hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verərək başlayan R.Hacıyev, daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Karabakh.Center" layihəsi haqqında geniş məlumat verib. O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət etdən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan hörmətli Mehriban xanım Əliyevaya göstərdiyi etimada, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

"Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik” deyən sədr, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə onu bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüyü üçün öz dərin minnətdarlığını ifadə edərək, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini də xüsusi vurğulayıb.

Rəhman Hacıyev erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş fotosərginin əhəmiyyətindən danışaraq, bu formada tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini bildirib.
O, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə (AZTV) təşəkkür edib.

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım çıxışı zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi və dini abidələrin tamamilə məhv edilməsi faktlarının öz əksini tapdığı "Karabakh.Center” portalının və Qarabağ həqiqətlərinin daha geniş kütləyə çatdırılmasında belə tədbirlərin önəmindən danışıb.

Fatma Yıldırım hər kəsi Azərbaycan dövlətinin qarşısında duran bərpa-yenidənqurma işlərində fəal iştirak etməyə və bu istiqamətdə görülən işlərə bu və ya digər formada dəstək olmağa dəvət edib. Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan millət vəkili postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir proses olduğunu vurğulayaraq, bu dövrdə dövlət – özəl sektor əməkdaşlığının, vətəndaşların səylərinin Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova abidələrin zənginliyi ilə seçilən, mədəniyyətimizin beşiyi hesab olunan Qarabağ bölgəsinin Ermənistanın işğalı nəticəsində orada olan bütün muzeylərin, məscidlərin, abidələrin dağıdılması barədə danışarkən, xalqımızın Qarabağ savaşında torpaqalarımızı itirməklə yanaşı böyük bir sosioloji apokalipsis yaşadığını da xüsusilə vurğulayıb. O qeyd edib ki, biz bu sosioloji kollapsı yalnız otuz ildən sonra, saysız ənənələrimiz, bizi biz edən etnik özəlliklərimiz, bölgəsəl yaşam tərzimiz əlimizdən çıxandan sonra görə bildik. Bu isə bir milyona yaxın insanın gündəlik, ənənəvi həyat tərzinin itirilməsi idi.

Aybəniz İsmayılova Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın bir müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bu mühüm vəzifədə Qarabağ Dirçəliş Fonduna ianə edərək dəstək olmaq, bərpa və quruculuq prosesinin iştirakçısına çevrilmək istəyən şəxslərin rahatlıqla ödəniş edə bilməsi üçün "İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib. İanə prosesini asanlaşdırmaq və bütün mümkün platformalara bu funksiyanı əlavə etmək istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdıran Pərvin Məmmədovanın sözlərinə görə, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid və əlçatan platformadır.

Tədbirdə fotosərgi ilə yanaş dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən "Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.

Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Loading Bars
Xəbər lenti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb
Kapital Bank-ın korporativ hesab ödənişləri “MilliÖn” terminallarında!
İƏT nümayəndə heyətinin Şuşaya səfəri başlayıb
Xəzər rayonunda avtomobil yollarının yenidən qurulması işlərinə beş milyon manat ayrıldı
Məhkəmə hakimlərinin iş stajı ilə bağlı qanuna dəyişiklik edilir
Nazirlər Kabineti buğda və unun qiyməti ilə bağlı qərar verib
Əlilliklə bağlı sistemdə aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlıq müzakirə olunub
Suraxanıda Nizami İsmayılov küçəsi əsaslı şəkildə təmir olunub (FOTO)
“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul
Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı (FOTO)
Avropada qaz ucuzlaşmağa başlayıb
Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib
Azərbaycan Turizm Bürosu məşhur beynəlxalq platformada onlayn kampaniyaya start verib (FOTO)
KOB-ların uçot və hesabatlığının sadələşdirilməsinə ehtiyac var - KOBİA
Baş Prokurorluq müraciətlərə baxılması qaydaları ilə bağlı məlumat yayıb (FOTO/VİDEO)
TAP hidrogen nəqli ilə bağlı tədqiqatların nəticələrini gələn il açıqlayacaq
Təhsil Nazirliyinin yeni portalı təqdim olunub
"Skoda" avtomobil istehsalını bir həftəlik dayandıracaq
AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir (FOTO)
Salyanda vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib
Təhsil haqlarının ödənişi üçün yeni sistem istifadəyə verilib
Nazirlik elektron portalda bəzi vətəndaşların diplom məlumatlarının çıxmamasına aydınlıq gətirib
Fransada məktəbliləri aparan avtobus qəzaya uğrayıb - Onlarla xəsarət alan var
Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab
İranda ötən sutka 453 nəfər koronavirusdan ölüb
Ermənilərin dağıtdığı 36 məktəbdə təmir-tikinti yekunlaşıb
Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı
Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib (FOTO)
Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub
Daha 29 qazi yüksək texnologiyalı protezlərlə təmin olunacaq
Bu il Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək
Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN
Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlik
Hava dəyişir: Güclü külək əsəcək, yağış yağacaq
Körpə və cavan heyvanlarda rast gəlinən təhlükəli xəstəlik
Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb (FOTO)
Avropaya daşınan Azərbaycan qazının həcmi 5 milyard kubmetrə çatıb (ƏLAVƏ OLUNUB)
Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirilib (FOTO)
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakının işğaldan azad olunmasının 103 illiyi ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə davam etdirilir (FOTO)
Səyavuş Aslanın oğlu öz istəyi ilə sığınacağı tərk edib - Agentlik
DSX Xəzərdə taktiki təlimlər keçirib (FOTO)
Bu il yeni dərsliklər istifadəyə veriləcək
Ötən il əlilliklə bağlı 78 min göndərişin 70 faizi əsassız olub
Gözdən əlil şəxs sürücülük vəsiqəsi alıb - Agentlik sədri (FOTO)
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ
Azərbaycanda yeni bank olmayan kredit təşkilatı qeydiyyata alınıb
Bu il 4600 əlilə reabilitasiya xidməti göstərilib
FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Xüsusi məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibə başlayır
Vaksin qorxusu ilə necə mübarizə aparmalıyıq?
3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib - Agentlik
Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub
Quba polisi narkotik satan şəxsi yaxalayıb (FOTO)
Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilib
İndiyə qədər 1750 qaziyə əlillik təyinatı aparılıb
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
DGK əməkdaşı BMT-nin eksperti qismində “Qlobal ekspertlər hövzəsi”nə üzv seçilib
Yol polisi rəisi vəzifəsindən azad edildi - RƏSMİ
Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb
Daha bir ölkə vaksinli turistlər üçün sərhədləri açır
İmişlidə 30 yaşlı qadın itkin düşüb
AzMİU-nun müəllimi beynəlxalq müsabiqədə ilk üçlükdə yer alıb (FOTO)
Paşinyanın parlamentdə Azərbaycanla bağlı etirafları nədən xəbər verir?
“BBC News”: Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib
Hansı hallarda xarici diplomlar tanınmır? - AÇIQLAMA
Bakıda 27 yaşlı oğlan döyülərək öldürüldü
Unibankın mobil əlavəsi ilə Rusiyaya pul köçürmək ikiqat sərfəli olub
Azərbaycan nefti üç dollara yaxın bahalaşıb
Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırıb
York Universitetinin və Strasburq Universitetinin ikili dərəcəli MBA Proqramı (FOTO)
Nərgiz Əliyevadan yaya vida (FOTO)
200-250 manata COVID pasportu satan şəxslər saxlanıldı
Bakı və Sumqayıt əhalisi həkimə ən çox bu xəstəliklərə görə müraciət edib
Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama
Yollarda hərəkətə nəzarət gücləndiriləcək
Ötən ay ölkə əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün qeydiyyat başa çatır
İşçilərinin maaşını mənimsəyən "JEK" rəisinə və mühasibə cinayət işi başlanıb
Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda səhər saatlarında bu yollarda sıxlıq yaranıb (SİYAHI)
Bakıda köşk yandı
"SpaceX" şirkəti kommersiya ekipajı ilə kosmik gəmini orbitə buraxdı
Ucarda yaşayış binasında yanğın olub
Yeni metro stansiyası necə adlandırılacaq?
Boris Conson Britaniya Nazirlər Kabinetində əhəmiyyətli dəyişikliklər edib
Fransa prezidenti Böyük Saharada İŞİD liderinin məhv edildiyini açıqladı
Çində güclü zəlzələ baş verib, ölənlər var
Şimali Koreyada ballistik raketlerin buraxılışı həyata keçirilib
Fransada dənizdə qəfil qalxan dalğalar 9 nəfərin ölümünə səbəb olub
Almaniyada sinaqoqun yaxınlığındakı ərazi mümkün təhlükəyə görə polis nəzarətindədir
Bütün xəbərlər