Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub. Yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.
BANM-dan Trend-ə verilən məlumata görə, onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur. Bu Ali Məktəb üçün çox qürurverici bir haldır.
BANM məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.
Tam siyahı aşağıdakı kimidir:
|
Ad, soyad Sunay Həsənov |
Qəbul olduğu ali məktəb Dortmund Texniki Universiteti - Magistratura |
|
Aişə Məhərrəmova |
Hamburq Texnologiya Universiteti - Magistratura |
|
Aygül Hüseynova |
Hamburq Texnologiya Universiteti - Magistratura |
|
Türkan Əliyeva |
Münster Universiteti - Magistratura |
|
Kamal Bağırlı |
Kayzerslautern Universiteti - Magistratura |
|
Fərid Həmidov |
Aaxen Universiteti - Magistratura |