Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında... (FOTO)

Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında... (FOTO)

Bakı. Trend:

Müəllif: Rəhman Hacıyev
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri

Qarabağ bərpa edilərək əvvəlkindən DAHA DA GÖZƏL VƏ YAŞIL olmalıdır! Bu, bizim mənəvi borcumuzdur.

İndi isə bu barədə bəzi fikirlərimi bir-bir yazacağam.

Bazar ertəsi, avqustun 2-də Böyük Britaniyanın "The Guardian" nəşri Türkiyə hakimiyyətinin dünya ictimaiyyətini on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə onlara yardım etməyə çağırması barədə xəbər dərc edib.

Çərşənbə axşamı, avqustun 3-də isə Türkiyənin "Daily Sabah" nəşri meşələri bürüyən alovla mübarizədə dost və müttəfiqlərinin Türkiyəyə kömək etdiklərinə dair xəbər dərc edib. Artıq dəstək göstərən ölkələr arasında qardaş Azərbaycan, Rusiya, Ukrayna, İran, Xorvatiya və İspaniya var.

KİV-in məlumatına görə, bu siyahıda Avropa İttifaqı yoxdur. Fransa və Yunanıstan isə yardım etməkdən imtina ediblər.

Halbuki “Köhnə dünya” və Yaxın Şərq arasında bufer rolunu oynayan və müharibənin dəhşətlərindən qaçan qaçqın axınının qarşısını alaraq, uzun illər Avropa İttifaqına böyük dəstək göstərən məhz Türkiyə olmuşdur.

"Sivil Qərbin" bu cür münasibəti kimisə təəccübləndirə bilər, amma məni yox.

Bundan bir neçə həftə əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistana 2,6 mlrd. avro məbləğində maliyyə dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib.

Eyni zamanda, KİV-in məlumatına görə, yaxın 5 il ərzində Aİ Azərbaycana 150 mln. avroya yaxın vəsait ayırmağı planlaşdırır. Yəni təxminən 17 dəfə az.

Bütün bunları niyə yazıram?

Ona görə ki, biz bu dünyada ilk növbədə özümüzə arxalanmalıyıq.

Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər.

Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb.

İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20%-ni qırıblar. Bunlar sadəcə inanılmaz rəqəmlərdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, zərər çəkmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var.

Ancaq, deyəsən, işğal illərində meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib.

44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha bir böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi.

Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın.

20 ildən artıq olan bu uzun müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi?

Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotraffikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, öz ətrafına yüz minlərlə mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi.

Biz işğalın nəticələrinin aradan qaldırılmasında həmin "səssiz müşahidəçilərin" dəstəyinə ümid bəsləyə bilərikmi?

Mən buna şübhə edirəm.

Deməli, biz ilk növbədə özümüzə arxalanmalıyıq. Şükürlər olsun ki, dövlətimizin xarici donorlardan kömək gözləmədən bu işə başlamaq üçün kifayət qədər resursları var.

Ancaq burada biz sadə bir həqiqəti dərk etməliyik – erməni işğalçılarının Qarabağa vurduğu zərər həddindən artıq böyükdür!

Söhbət onlarla yaşayış məntəqəsindən – yer üzündən silinmiş kənd, qəsəbə və şəhərlərdən gedir.

Söhbət bu torpaqları yaşayış və qayıtmağımız üçün tamamilə yararsız hala salmaq məqsədilə dağıdılmış və ya tamamilə məhv edilmiş minlərlə evdən və tarixi abidələrdən gedir.

Söhbət qırılaraq Ermənistana aparılmış yüz minlərlə gözəl ağacdan, o cümlədən endemik ağaclardan gedir.

Söhbət faydalı qazıntıların amansızcasına hasil edilməsi nəticəsində yaranan zəhərli maddələrin atılması üçün istifadə olunan minlərlə hektar ərazidən gedir.

Bir sözlə, söhbət İkinci Dünya müharibəsi zamanı nasist işğalının fəsadları ilə müqayisə edilə biləcək zərərdən gedir.

Mənə tez-tez sual verirlər: "Qarabağa nə vaxt qayıda biləcəyik axı?"

Mən dəqiq tarixi bilmirəm, amma bir şeydən tam əminəm ki, əgər biz Qarabağın bərpası prosesini SÜRƏTLƏNDİRMƏK istəyiriksə, bu müqəddəs missiyada dövlətimizi dəstəkləməliyik.

Bunun üçün bizim Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış müvafiq platformamız var – Qarabağ Dirçəliş Fondu.

Fonda ianə (donation) etməklə, hər birimiz Qarabağın bərpasına öz töhfəmizi verə bilərik.

Bu, niyə təhlükəsizdir?

Bunun bir neçə səbəbi var. Onlardan sadəcə bir neçəsi:

- Fond hər il dövlət başçısına öz fəaliyyəti barədə hesabat təqdim edəcək və bütün xərcləri ilə bağlı ona hesabat verəcəkdir,

- Fond həmçinin hər il ictimaiyyət qarşısında hesabat verəcək, görülən işlər və xərclənmiş vəsaitlər barədə ictimaiyyətə məlumat verəcəkdir,

- Fond hər il beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılacaq və auditorların rəyini dərc edəcəkdir,

- Fond yığılan ianələrin bir qəpiyini də öz inzibati xərcləri (əməkhaqqı, ofis icarəsi və s.) üçün xərcləmir və xərcləməyəcəkdir.

Bu, bizim Müşahidə Şuramız tərəfindən təsdiq edilmiş prinsipial mövqeyimizdir (bu barədə tezliklə daha ətraflı yazacağam).

Ona görə də bu yazını yekunlaşdırarkən yaşadığı ölkədən asılı olmayaraq bütün qardaş və bacılarımıza müraciət etmək istərdim: əgər siz Qarabağın, onun gözəl, sıx meşələrinin, tarixi abidələrinin, ev, məktəb və xəstəxanalarının bərpası prosesini sürətləndirmək istəyirsinizsə, bu prosesə öz töhfənizi verərək dövlətin səylərini dəstəkləyin.

Bunun üçün cəmi bir neçə kliklə Qarabağ Dirçəliş Fonduna ianə köçürmək kifayətdir.

Hər qəpik dəyərlidir!

PS:

Erməni işğalçılarının Qarabağa vurduqları ziyan barədə ətraflı məlumatı Karabakh.Center saytında (üç dildə) oxuya bilərsiniz:

Cinayət

Преступная деятельность

Crime

Ermənilər tərəfindən dağıdılmış minlərlə ev, abidə, qəbiristanlıq və görməli yerin fotoşəkillərinə Karabakh.Center saytında (üç dildə) baxa bilərsiniz:

Urbisid

Урбицид

Urbicide

https://www.youtube.com/watch?v=nSVgxTQV_V4&feature=emb_title

Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Daha bir ölkə vaksinli turistlər üçün sərhədləri açır
Daha bir ölkə vaksinli turistlər üçün sərhədləri açır
"SpaceX" şirkəti kommersiya ekipajı ilə kosmik gəmini orbitə buraxdı
"SpaceX" şirkəti kommersiya ekipajı ilə kosmik gəmini orbitə buraxdı
Loading Bars
Xəbər lenti
Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub
Daha 29 qazi yüksək texnologiyalı protezlərlə təmin olunacaq
Bu il Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək
Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN
Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlik
Hava dəyişir: Güclü külək əsəcək, yağış yağacaq
Körpə və cavan heyvanlarda rast gəlinən təhlükəli xəstəlik
Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb (FOTO)
Avropaya daşınan Azərbaycan qazının həcmi 5 milyard kubmetrə çatıb (ƏLAVƏ OLUNUB)
Kafedə tələbəni qətlə yetirən şəxsin məhkəməsi başlayır
Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirilib (FOTO)
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakının işğaldan azad olunmasının 103 illiyi ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Çində vaksin olunanların sayı 1 milyardı ötüb
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə davam etdirilir (FOTO)
Səyavuş Aslanın oğlu öz istəyi ilə sığınacağı tərk edib - Agentlik
DSX Xəzərdə taktiki təlimlər keçirib (FOTO)
Bu il yeni dərsliklər istifadəyə veriləcək
Ötən il əlilliklə bağlı 78 min göndərişin 70 faizi əsassız olub
Gözdən əlil şəxs sürücülük vəsiqəsi alıb - Agentlik sədri
Bakıda 29 yaşlı gənc qətlə yetirilib
Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ
Azərbaycanda yeni bank olmayan kredit təşkilatı qeydiyyata alınıb
Bu il 4600 əlilə reabilitasiya xidməti göstərilib
FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Xüsusi məktəblərə müəllimlərin işə qəbulu üzrə müsahibə başlayır
Vaksin qorxusu ilə necə mübarizə aparmalıyıq?
3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib - Agentlik
Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub
Quba polisi narkotik satan şəxsi yaxalayıb (FOTO)
Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilib
İndiyə qədər 1750 qaziyə əlillik təyinatı aparılıb
Kürdəmirdə qardaş bacısını qətlə yetirdi
DGK əməkdaşı BMT-nin eksperti qismində “Qlobal ekspertlər hövzəsi”nə üzv seçilib
Yol polisi rəisi vəzifəsindən azad edildi - RƏSMİ
Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb
Daha bir ölkə vaksinli turistlər üçün sərhədləri açır
İmişlidə 30 yaşlı qadın itkin düşüb
AzMİU-nun müəllimi beynəlxalq müsabiqədə ilk üçlükdə yer alıb (FOTO)
Paşinyanın parlamentdə Azərbaycanla bağlı etirafları nədən xəbər verir?
“BBC News”: Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib
Hansı hallarda xarici diplomlar tanınmır? - AÇIQLAMA
Bakıda 27 yaşlı oğlan döyülərək öldürüldü
Unibankın mobil əlavəsi ilə Rusiyaya pul köçürmək ikiqat sərfəli olub
Azərbaycan nefti üç dollara yaxın bahalaşıb
Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırıb
York Universitetinin və Strasburq Universitetinin ikili dərəcəli MBA Proqramı (FOTO)
Nərgiz Əliyevadan yaya vida (FOTO)
200-250 manata COVID pasportu satan şəxslər saxlanıldı
Bakı və Sumqayıt əhalisi həkimə ən çox bu xəstəliklərə görə müraciət edib
Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama
Yollarda hərəkətə nəzarət gücləndiriləcək
Ötən ay ölkə əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün qeydiyyat başa çatır
İşçilərinin maaşını mənimsəyən "JEK" rəisinə və mühasibə cinayət işi başlanıb
Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda səhər saatlarında bu yollarda sıxlıq yaranıb (SİYAHI)
Bakıda köşk yandı
"SpaceX" şirkəti kommersiya ekipajı ilə kosmik gəmini orbitə buraxdı
Ucarda yaşayış binasında yanğın olub
Yeni metro stansiyası necə adlandırılacaq?
Boris Conson Britaniya Nazirlər Kabinetində əhəmiyyətli dəyişikliklər edib
Fransa prezidenti Böyük Saharada İŞİD liderinin məhv edildiyini açıqladı
Çində güclü zəlzələ baş verib, ölənlər var
Şimali Koreyada ballistik raketlerin buraxılışı həyata keçirilib
Fransada dənizdə qəfil qalxan dalğalar 9 nəfərin ölümünə səbəb olub
Almaniyada sinaqoqun yaxınlığındakı ərazi mümkün təhlükəyə görə polis nəzarətindədir
Türkiyədən uçan təyyarə Rusiyada enməzdən qabaq qəza siqnalı verib
Qarabağ müharibəsində qazanılan uğurlara səbəb olmaq böyük bir şərəfdir - Səlcuq Bayraktar
Türkiyədə son sutkada koronavirusdan 28 536 nəfər sağalıb
UEFA Çempionlar Liqası: "Real" "İnter"i məğlub edib
İranın Tehran vilayətində partlayış və silah səsləri eşidilib
TAP olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı - İcraçı direktor
Avropada təbii qazın qiyməti düşüb
Bakıda Qanlıgöl ətrafında insan sümükləri tapıldı
UEFA Çempionlar Liqası: “Beşiktaş” öz meydanında məğlub olub
Apple iki iPhone modelini satışdan çıxarıb
Təhsil naziri Türkiyənin Prezident İdarəsi Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
Gənclər Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər (FOTO)
Masallıda mebel sexi yanıb
Bakı limanı Aİ-nin flaqman layihəsinin tərkib hissəsi olacaq
Mədəniyyət nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir (FOTO)
Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığı zəminində böyük hadisədir
Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib (FOTO)
Hər bir məmur öz fəaliyyətində Prezidentin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməlidir - Deputat
Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu məktəbində Bilik Günü qeyd edilib (FOTO/VİDEO)
Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Mustafa Şentop Bakının azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayıb
AQTA və AMEA İnstitutu əməkdaşlığa başlayır
Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO)
"Təbiəti qoruyaq" adlı yeni məşğulluq layihəsi başladı (FOTO)
Qazaxıstanda XVII Avrasiya Media Forumu başlayıb (FOTO)
Rusiyada quş qripi ocaqları aşkar edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Gədəbəydə karantin rejimini pozan çay evi aşkarlanıb
Azərbaycanda 2 064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib (FOTO)
Bütün xəbərlər