...

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup bu gün Türkiyəyə yola düşəcək

Cəmiyyət Materials 5 Avqust 2021 00:34 (UTC +04:00)
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup bu gün Türkiyəyə yola düşəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti