...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 14 Avqust 2021 18:56 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Avqustun 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 204 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 370, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 834 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 739 342, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 380 387, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 358 955 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti