Bakı. Trend:
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.