...

Təhsil müəssisələrində vahid formanın tətbiqi ilə bağlı qərar yoxdur – Nazir

Cəmiyyət Materials 7 Sentyabr 2021 14:56 (UTC +04:00)
Təhsil müəssisələrində vahid formanın tətbiqi ilə bağlı qərar yoxdur – Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Hələ ki, təhsil müəssisələrində vahid formanın tətbiq edilməsi ilə bağlı qərar yoxdur.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, məktəb formaları məktəb tərəfindən müəyyən edilir. Hələ ki, mövcud məktəbli formalarının istifadəsinə icazə verilir.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti