Qarabağ Dirçəliş Fondu ilə Gənclər arasında “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda görüş keçirilib (FOTO)

Qarabağ Dirçəliş Fondu ilə Gənclər arasında “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda görüş keçirilib (FOTO)

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondu (QDF) Qarabağ həqiqətləri ilə bağlı gənclərin maarifləndirilməsi, Qarabağda aparılan quruculuq işlərində onların iştirakının daha geniş şəkildə təmin olunması məqsədilə “Qarabağı anlayaraq dirçəldək!” mövzusunda silsilə görüşlərə start verib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

İlk görüş “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvləri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tələbələri salamlayaraq onlara Qarabağda erməni işğalının nəticələri barədə məlumat verib. Dağıntıların miqyasının çox böyük olduğunu deyən İdarə Heyətinin sədri əsas məqsədlərindən birinin ermənilərin Qarabağda törətdikləri cinayətlər, dağıntılar barədə mümkün qədər çox insanı məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.

Hazırda Qarabağda bərpa işlərinin sürətlə davam etdiyini deyən R.Hacıyev hər kəsi bərpa prosesində fəal iştirak etməyə çağırıb:

“Bildiyiniz kimi, işğal müddətində ermənilər Qarabağda misli görünməmiş dağıntılar törədiblər. Dağıdılmış evlərin, abidələrin, digər tikililərin bərpası külli miqdarda vəsait, vaxt tələb edir. Yalnız ictimaiyyətin bərpa prosesinə fəal qoşulması ilə Qarabağı daha tez dirçəldə, qayıdış prosesini sürətləndirə bilərik. Bunun üçün isə ianə etmək də böyük fayda verə bilər”.

“Karabakh.Center” layihəsi barədə məlumat verən R.Hacıyev bu resursun Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmasının təsadufi olmadığını söyləyib:

“Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Karabakh.Center” layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Fikrimcə, bu çox vacib bir məqsəddir”.

İdarə Heyətinin sədri bildirib ki, təqdim edilən internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Bu isə cəmiyyətimizin, diasporanın və dövlətimizin dostlarının səylərinin səfərbər olunmasına təkan verəcək:

“Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və video görüntüləri bu saytda yer alır. Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir”.

Sonra Fondun hazırladığı “Qarabağda urbisid” – dağıntıların və zərərin miqyası haqqında sənədli film nümayiş olunub.

QDF-in Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova Qarabağın dirçəlişi uğrunda birlik və həmrəyliyin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Şöbə müdiri Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın bir müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla yanaşı gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

Tarixçı, siyasi analitik Fərhad Məmmədov “Qarabağ Azərbaycandır!” mövzusunda çıxış edərək tarixə ekskursiya edib, Qarabağ münaqişəsinin səbəbləri barədə danışıb. İkinci Vətən müharibəsinin gedişatı zamanı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı təzyiqlərin olduğunu deyən F.Məmmədov bu təzyiqlərin xalqımızın birliyini, əzmini qıra bilmədiyini vurğulayıb.

Jurnalist, 1news.az İnformasiya Agentliyinin əməkdaşı Elşən Rüstəmov “Şəhid şəhərlər” mövzusunda çıxış edərək otuz ilə yaxın davam edən işğal dövründə ermənilərin şəhərlərimizə, kəndlərimizə qarşı həyata keçirdikləri barbarlıq, vandallıq aktları barədə məlumat verib.

QDF-in PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova Qarabağ həqiqətləri ilə bağlı gənclərin təlimatlandırılmasının əhəmiyyətindən danışaraq həm ermənilərin ifşa olunması, həm də Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsi baxımından gənclərin rolunun vacibliyini vurğulayıb.

“BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Elnur Mirzəzadə də bu işdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyb. O, eyni zamanda gənclərin iştirakı ilə yaxın günlərdə Qarabağla bağlı müxtəlif tədbirlərin və layihələrin həyata keçiriləcəyini də diqqətə çatdırıb.

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov “Qarabağ tarixinin təhrifi: keçmiş və bu gün” mövzusunda çıxış edərək Qarabağ münaqişəsinin tarixi ilə bağlı gəncləri məlumatlandırıb. Ermənilərin uzun müddətdir ki, tarixi faktları təhrif edərək öz yalanlarına dünyanı inandırmağa çalışdığını deyən F.Cabbarov artıq tutarlı faktlarla ermənilərin ifşa olunduğunu, onların informasiya savaşında da məğlub olduqlarını qeyd edib.

Çıxışlardan sonra Pərvin Məmmədova və Elnur Mirzəzadənin moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Gənclər onları maraqlandıran mövzular ətrafında suallar verməkə yanaşı, Qarabağın gələcəyi ilə bağlı öz fikir və təkliflərini də səsləndiriblər.

Qeyd edək ki, QDF erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsi çərçivəsində bir neçə alış-veriş mərkəzində foto-sərgilərin keçirilməsi və Qarabağda aparılan bərpa işlərinə ianələrin cəlb edilməsinin təşviqi məqsədilə “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinə qrant ayırıb.

Nəzərinizə çatdıraq ki, “BİR Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvləri QDF-lə əməkdaşlıq çərçivəsində olduqca vacib bir missiyanı həyata keçirəcəklər. Bunlar aşağıdakılardır:

- Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilmiş şəkildə geniş ictimayyətə çatdırılması;

- Qarabağın yaşayış məntəqələrinə, tarixi abidələrinə və ekologiyasına dəyən ziyanın miqyası haqqında məlumatın yayılması vasitəsi ilə ianəçiliyin təbliği;

- Qarabağın işğalı haqqında tarixi həqiqətləri işıqlandırmaq,

- Memarlıq abidələrinin işğaldan öncə və sonrakı şəkillərini ictimayyətə nümayiş etdirərək, erməni vəhşiliyini sübut etmək.

Onu da bildirək ki, Fond yaxın gələcəkdə digər təşkilatların və universitetlərin tələbələrinin də Qarabağla bağlı həyata keçirilən layihələrdə iştirakını təmin etməyi nəzərdə tutur.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi ermənilərin bizim qarşımızda heç bir şansının olmadığını göstərdi
Prezident İlham Əliyev: “Sərhədsiz reportyorlar” təşkilatının hesabatı mənim və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır
Azərbaycan Prezidenti: Muxtariyyət artıq müzakirə mövzusu deyil
Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib (FOTO)
Prezident İlham Əliyev: Revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün Ermənistana xəbərdarlıq etmək vaxtıdır
Azərbaycan Prezidenti: Minsk qrupunun həmsədrləri görüş təklifi ilə çıxış etsələr, biz buna qarşı çıxmarıq
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt, hətta müharibə zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib
Prezident İlham Əliyev: Müharibə bitib, münaqişə öz həllini tapıb
Beynəlxalq şirkətlər Azərbaycan iqtisadiyyatını dayanıqlı hesab edir
PKK “Fərat Qalxanı”nda terror aktı törədib - 2 ölü, 19 yaralı var
Azərbaycan Ordusunda Vətən müharibəsinin ildönümü münasibətilə silsilə tədbirlər keçirilib (VİDEO)
Avropa Şurası Ermənistanla Azərbaycan arasında etimadın qurulması üçün danışıqlara başlayıb
“Təmiz Şəhər” ASC-nin dəstək verdiyi “Qarabağ İlmələrdə” layihəsinin açılış mərasimi olub (FOTO)
Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası sürətlə davam etdirilir (FOTO)
Vətən müharibəsinin tarixini təhrif edən məktəb direktoru danışdı
Yağışın fəsadları "Azərsu" və kommunal təsərrüfatçılar tərəfindən aradan qaldırılır - BŞİH
CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib (FOTO)
Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət cədvəli
Bakıda yağış suyu ilə dolan ərazilər təmizlənib - FHN (VİDEO)
AŞ PA-nın postmünaqişə dövrünün yeni reallıqları fonunda qəbul etdiyi sənəd təəssüf doğurur - Deputat
“Müharibə dönəmində döyüş bölgəsinə ən yaxın filial idik” - Səbuhi Abdullayev, Bərdə filialının rəhbəri (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb
AHİK İcraiyyə Komitəsi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb
Dövlət Agentliyinin işçilərinin say həddi artırıldı - FƏRMAN
Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil - MN
Mineral gübrələrin səyyar satışına başlanılıb
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarının rəhbərləri İkinci Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)
İqtisadi Şuranın səlahiyyətləri artırılıb
Vətən müharibəsi iştirakçısı işlə təmin olunub
AQTA 4 müəssisədə pozuntular aşkarlayıb
Qarabağ Dirçəliş Fondu AMCHAM üzvlərinin Ağdama səfərini təşkil edib (FOTO)
Qeyri-sabit hava şəraitində yollarda niyə tıxac olur?
Mingəçevir Dövlət Universitetində gənc əməkdaşlarla görüş olub (FOTO)
ABŞ-ın 5 ştatında Anım Günü ilə əlaqədar aksiya keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda Xalq - Prezident vəhdəti heç zaman sarsılmayacaq - Deputat
Azərbaycanda 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub
“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib (FOTO)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb
Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir
Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür - Kamaləddin Qafarov
Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi - Livanlı ekspert
Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib (FOTO) (YENİLƏNİB)
Abşeronda 3 şəhidin il mərasimi keçirilib (FOTO)
Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın inkişafına dair Dəyirmi Masa keçirilib (FOTO)
AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb (FOTO)
Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq - Spiker
Bank kartları üzərində qurulan fırıldaq əməliyyatları ilə bağlı açıqlama
Sanator-Kurort Reabilitasiya Mərkəzində 1300 qaziyə xidmət göstərilib
Bakıda avtobus sürücüsü qapını əlində aparır - BNA-dan açıqlama
UNEC ilə "McDonald’s Azərbaycan" arasında memorandum imzalandı (FOTO)
Türkiyə hər zaman Azərbaycanın yanındadır - Mustafa Şentop
İranda 11 min nəfər koronavirusa yoluxub, 239 nəfər ölüb
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb
Azərbaycanın təbii qaz ixracı 30 faizdən çox artıb
Çaylardakı sululuq səviyyəsi açıqlanıb
ADU-nun Konfutsi İnstitutunda Çinin milli bayramı qeyd olunub
Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi (VİDEO)
Qarabağla bağlı üçtərəfli razılaşmanın başlıca nəticəsi sabitlikdir - Lavrov (ƏLAVƏ OLUNUB)
Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir keçirilib (FOTO)
İsraildə Anım Gününə həsr olunmuş aksiya təşkil edilib (VİDEO)
Könüllülərin iştirakı ilə "Vətən var olsun!" adlı fləşmob keçirilib (FOTO/VİDEO)
Gürcüstanın baş naziri Azərbaycana gəlir
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb (FOTO)
Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 518-ə çatıb
Mingəçevir Dövlət Universitetinin startap komandasının növbəti uğuru (FOTO)
Qarabağ qazisi işlə təmin olunub
Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək
Sabahdan daha bir avtobusda ödəniş kartla olacaq
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü
Ata Abdullayevin məhkəməsinin vaxtı məlum oldu
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək
Azad edilmiş ərazilərdəki yeni işıq xətləri ilə hektarlarla torpaq sahəsinə qənaət ediləcək - "Azərişıq"
Putin və Ərdoğan Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər
İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib (FOTO)
Prezident İlham Əliyev: Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilə bilər, əlbəttə, bizim narazılığımız da var
Prezident İlham Əliyev Anadolu agentliyinə müsahibəsində İran tırları ilə bağlı məsələyə aydınlıq gətirib
Daha 62 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib
Müdafiə Nazirliyi "Qarabağ - 44" adlı videoçarx hazırlayıb
Prezident İlham Əliyev: Ermənilər artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bərpa işlərinə cəlb edək
Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə min dolları keçib
Prezident İlham Əliyev: Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir
Bitki sağlamlığının təmin edilməsi istiqamətində təcrübə mübadiləsi genişləndirilir
Prezident İlham Əliyev: Ermənistan xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə
28 sentyabr Ümumdünya quduzluq xəstəliyi ilə mübarizə günüdür
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik
SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin həcmini açıqlayıb
Təmir aparılan 22 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq
Rusiyada koronavirusdan gündəlik ölüm sayı anti-rekordu yeniləyir
Prezident İlham Əliyev: Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir
Prezident İlham Əliyev: “Ağa qara, qaraya ağ demək” Ermənistan rəhbərlərinin xislətidir
Prezident İlham Əliyev: Bizim icazəmiz olmadan Qarabağa heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz
Prezident İlham Əliyev: Bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir
Prezident İlham Əliyev: Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi hesablamaları çox səhv apardılar və bunun nəticəsində acı məğlubiyyətə uğradılar
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyinə şans veririk ki, Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın
Bütün xəbərlər