...

Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2021 18:59 (UTC +04:00)
Xəzər rayonunda şəhid ailəsi ziyarət edilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Bağırov Əli Eltay oğlunun ailəsini ziyarət ediblər.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov və millət vəkili Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti