...

Koronavirusa yoluxan gənclərin vəziyyəti daha tez ağırlaşır - İnfeksionist

Cəmiyyət Materials 20 Sentyabr 2021 14:35 (UTC +04:00)
Koronavirusa yoluxan gənclərin vəziyyəti daha tez ağırlaşır - İnfeksionist

Bakı. Humay Ağacanova - Trend:

Son həftələr koronavirusa yoluxan gənc insanların vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur.

Trend-in məlumatına görə, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusun “Delta” variantı yayılmaqda davam edir:

""Delta" variantına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir.”

Qeyd edək ki, son rəsmi statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların 16 faizi 20-29 yaş, 21 faizi isə 30-39 yaş arası gənclərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti