...

AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2021 15:39 (UTC +04:00)
AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb (FOTO)

Bakı. Trend:

MOOCAO-nun rəhbərliyi və təşkilatçılığı ilə buraxılış işlərinin və magistr dissertasiyalarının XXX beynəlxalq baxış-müsabiqəsi keçirilib.

18-25 sentyabr tarixlərində Rusiya Federasiyasının Tambov şəhərində keçirilən müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdən yüzlərlə iştirakçı qatılıb.

Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Univeritetini (AzMİU) Memarlıq fakültəsinin müəllimləri Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev, Dizayn kafedrasının baş müəllimi Fəridə Qasımova, Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi üzrə təhsil alan tələbələri də təmsil ediblər. Buraxılış işləri yüksək qiymətləndirilən tələbələrimiz MOOCAO-nun 1(7 iş bakalavr, 4 iş magistr), 2 (13 iş bakalavr) və 3-cü (3 iş bakalavr, 1 iş magistr) yerlərinə layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti