...

YAŞAT Fondu tələbə adı qazanan şəhid ailəsi üzvlərinə pul mükafatları təsis etdi

Cəmiyyət Materials 29 Sentyabr 2021 17:21 (UTC +04:00)
YAŞAT Fondu tələbə adı qazanan şəhid ailəsi üzvlərinə pul mükafatları təsis etdi

Bakı. Samir Əli - Trend:

“YAŞAT” Fondu tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı təsis edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik 2000 manat pul mükafatı - təsis edilib.

Birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti