...

İmişlidə antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2021 15:41 (UTC +04:00)
İmişlidə antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

İmişlidə nöqsanlar aşkarlanan süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi agentliyindən məlumat verilib.

Məlumata görə, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elçin Etibar oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Eyni zamanda, süd qəbulu məntəqəsinin kənarlarının hasarlanmadığı və yaşayış məntəqələrinə bitişik şəkildə fəaliyyət göstərdiyi, vəhşi heyvanların (it və pişik) məntəqənin həyətində bağlı və açıq şəkildə saxlanıldığı məlum olub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti