...

Sabah paytaxtın bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 6 Oktyabr 2021 19:45 (UTC +04:00)

Bakı. Trend:

07.10.2021-ci il tarixində Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti