...

Qarabağda gələcəyin şəhərlərini inşa edirik – Dövlət Komitəsinin sədr müavini (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Noyabr 2021 09:56 (UTC +04:00)
Qarabağda gələcəyin şəhərlərini inşa edirik – Dövlət Komitəsinin sədr müavini (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Qələbəsindən 1 il ötür. Müzəffər Ali Baş Komandanın şanlı ordusu işğalçı düşməni döyüş meydanlarında darmadağın etdikdən dərhal sonra azad edilmiş Qarabağın sürətli yenidənqurulmasına başlanıldı.

Ötən 1 il ərazində tarixi torpaqlarımızda inanılmaz tikinti-quruculuq işləri həyata keçirilib. Hazırda azad edilən ərazilərdə ən müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin inşası prosesi davam etdirilir. Bu işlərin planlaşdırılmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də yaxından iştirak edir. Qarabağ Zəfərinin ildönümü ərəfəsində Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin suallarını Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov cavablandırıb. Sədr müavini son bir ildə görülən işlər, hazırki yenidənqurma prosesi və gələcək hədəflərlə bağlı bir çox maraqlı detalları açıqlayıb. İ.İsbatov xüsusilə bildirib ki, müharibə başlayan ilk gündən Dövlət Komitəsinin mütəxəssisləri Qarabağın yenidənqurulması ilə bağlı araşdırmalara başlayıb, məsləhətləşmələr ediblər: “Çünki biz tam əmin idik ki, torpaqlarımız tezliklə azad ediləcək və Qarabağın bərpa prosesinə start veriləcək. Qələbədən dərhal sonra mütəxəssislərlə Şuşada olduq, dəyərləndirmələr apardıq. Daha sonra digər azad edilmiş şəhərlərimizin də potensialı ilə tanış olduq və layihələndirmə, planlaşdırma həyata keçirildi. Qarabağda gələcəyin şəhərlərini sıfırdan inşa edirik”.

Videolayihəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti