...

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 10 Noyabr 2021 17:23 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Xidmətdən Trend-ə bildirilib ki, küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları və Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti