...

Perunun nüfuzlu media qurumu işğaldan azad olunmuş ərazilərdəki vəziyyət haqqında yazıb

Cəmiyyət Materials 11 Noyabr 2021 07:05 (UTC +04:00)
Perunun nüfuzlu media qurumu işğaldan azad olunmuş ərazilərdəki vəziyyət haqqında yazıb

Bakı. Trend:

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Vətən müharibəsindəki qələbəmizin ilk ildönümü münasibətilə “Qarabağın Azərbaycan tərəfindən azad edilməsindən bir il ötür” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, yazıda Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazisi olan və 90-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsini bir il bundan öncə baş vermiş 44 günlük müharibə nəticəsində azad etdiyi bildirilir.

Sonra Ermənistanın 30 ilə yaxın işğalda saxladığı ərazilərdə heç bir quruculuq aparmadığı, əksinə burada yaşayış infrastrukturunu, habelə Azərbaycana və islam mədəniyyətinə aid abidələri, o cümlədən saray, məscid, muzey, teatr və məzarlıqları darmadağın etdiyi və bu ərazilərdə kütləvi minalama apardığı diqqətə çatdırılır.

İşğaldan azad olunmuş ərazilərə səfəri zamanı erməni vandalizmi və vəhşiliyinin canlı şahidi olduğunu bildirən müəllif, Ermənistanın müharibə müddətində mülkü Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoyduğu, müharibə bitdikdən sonra isə tərk etdiyi ərazilərdə ekoloji terror törədərək meşələri və əkin sahələrini yandırdığı və buradakı çay sularını zəhərlədiyini məlumat verir.

Sonda Ermənistanın iki ölkə arasında sərhədlərin demarkasiyası işindən boyun qaçırdığı, habelə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyi, buna baxmayaraq Azərbaycanın bu ərazilərdə intensiv quruculuq işləri həyata keçirdiyi bildirilir və qələbimizin ilk ildönümü münasibətilə ölkəmizə təbrik ifadə edilir.

https://fpp.org.pe/a-un-ano-de-la-recuperacion-de-karabaj-por-azerbaiyan/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti