...

Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir

Cəmiyyət Materials 17 Noyabr 2021 13:07 (UTC +04:00)
Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir.

Trend-in xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri hesab edilir:
1. Arvadı (əri);
2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;
4. Valideynləri;
Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır:
1. Arvadı (əri);
2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;
4. Valideynləri;
5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti