...

Koronavirusa qarşı vaksinlər yüksək qan təzyiqinə səbəb olur? - AÇIQLAMA

Cəmiyyət Materials 24 Noyabr 2021 09:10 (UTC +04:00)
Koronavirusa qarşı vaksinlər yüksək qan təzyiqinə səbəb olur? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez arterial təzyiqin yüksəlməsi hallarının baş verdiyini iddia edirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.

"Arterial təzyiq vaxtaşırı kimdəsə yaranır. Nəzərə alsaq ki, bu gün əksər insanlar vaksin olunub. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 23-nə olan məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 10 328 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 055 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 532 579, buster doza üzrə vaksinasiya olunanların sayı isə 740 961 təşkil edir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti