...

Goranboy sakini minaya düşüb

Cəmiyyət Materials 20 Noyabr 2021 13:18 (UTC +04:00)
Goranboy sakini minaya düşüb

Bakı. Trend:

Goranboyun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlu minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kənd sakini otlaq sahəsində heyvan otaran zaman mina partlayıb.

"Hazırda polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar. Həmin şəxsin ərazidən çıxarma işləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti