...

Xəzər dənizində zəlzələ olub

Cəmiyyət Materials 30 Noyabr 2021 13:59 (UTC +04:00)
Xəzər dənizində zəlzələ olub

Bakı. Çingiz Səfərli - Trend:

Xəzər dənizində 3,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar yerli vaxtla saat 13.21-də qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti