...

Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib

Cəmiyyət Materials 3 Dekabr 2021 08:52 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində (MDU) 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyası tərəfindən təşkil olunan seminarda universitetin tələbə və magistrantları iştirak ediblər.

Laboratoriyanın müdiri, həkim Yeganə Aslanova seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıb.

Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti