...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 7 Dekabr 2021 13:21 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Dekabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % olacaq.

Dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-17° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti