...

Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI

Cəmiyyət Materials 8 Dekabr 2021 16:44 (UTC +04:00)
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI

Bakı. Samir Əli - Trend:

Təəssüflər olsun ki, gündəlik həyatımızda kənd və qəsəbələrdə əhalinin hüquqi savadsızlığı səbəbindən doğumu qeydə alınmamış uşaqlara hələ də rast gəlinir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, bununla əlaqədar 2017-ci ildən etibarən nazirlik əməkdaşları bölgələrə ezam olunaraq kənd-kənd, qəsəbə-qəsəbə gəzərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə əhali arasında maarifləndirmə işi aparırlar, doğumu qeydə alınmayan uşaqları aşkar edərək onların doğumunun dövlət qeydiyyatına alınmasına hüquqi yardım göstərirlər.

"Bu tədbirlər nəticəsində 2017-ci ildən hazıradək əvvəlki illərdə tibb müəssisəsində və ya ev şəraitində doğulmuş, lakin doğumu dövlət qeydiyyatından kənarda qalmış 9.335 uşaq müəyyən edilərək 8.875-nin doğumu qeydə alınmış, zəruri sənədləri olmayan digərlərinin valideyninə isə məhkəməyə doğum faktının müəyyən edilməsi ilə bağlı müraciət etməsinə köməklik göstərilmişdir. Doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən inzibati ərazi vahidləri arasında ilk yerlərdə Beyləqan və Hacıqabul rayonları yer alır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti