...

Vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyasına start verilir

Cəmiyyət Materials 11 Dekabr 2021 11:33 (UTC +04:00)

Bakı. Trend:

20-25 dekabr 2021-ci il tarixlərində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2A ünvanında yerləşən ofisdə Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçiriləcək.

Trend-in məlumatına görə, aksiya çərçivəsində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan peşəkar vəkillər tərəfindən hüquqi yardıma ehtiyacı olan həssas qrupa daxil olan vətəndaşlarımıza, şəhid ailələrinə, qazilərə, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayan şəxslər, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək, əhaliyə şifahi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin, iddia ərizələrinin hazırlanması və digər ödənişsiz xidmətlər təqdim olunacaq.

Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilməsi təmin olunacaq.

Nəzərinizə çatdıraq ki, qeyd olunan telefon nömrələri vasitəsi ilə qeydiyyatdan keçərək aksiyada iştirak edə bilərsiniz.

Əlaqə vasitələri:

Tel.: 012-422-22-41, 055-276-23-75

Whatsapp: 055-276-23-75

Məqalədə:
Xəbər lenti

Xəbər lenti