...

Bakı məktəblərində Yeni il şənlikləri keçiriləcək? - AÇIQLAMA

Cəmiyyət Materials 15 Dekabr 2021 12:39 (UTC +04:00)
Bakı məktəblərində Yeni il şənlikləri keçiriləcək? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Pandemiya ilə əlaqədar paytaxt məktəblərində kütləvi Yeni il tədbirlərinin keçirilməsi gözlənilən deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, bu barədə məktəb direktorlarına müvafiq göstərişlər verilib.

"Amma hansısa bir neqativ hal varsa, bunun aradan qaldırılması üçün addımlar atacağıq. Məktəbdə belə hallar olarsa, idarəyə müraciət oluna bilər" - M.Vəliyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti