Bakı. Samir Əli - Trend:
Neftçala rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini S.Əhmədlidən müvafiq sənədləri olmayan “İj-54” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.