...

Nazir əmlak sahiblərinə sığorta ilə bağlı müraciət edib

Cəmiyyət Materials 16 Dekabr 2021 10:47 (UTC +04:00)
Nazir əmlak sahiblərinə sığorta ilə bağlı müraciət edib

Bakı. Samir Əli - Trend:

Azərbaycanda hadisələr zamanı mülk sahiblərinə dəymiş ziyanın ödənilməsi üçün əmlakların sığortalanması vacibdir.

Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov əhaliyə müraciətində deyib.

Nazir bildirib ki, mülk sahibləri, sahibkarlar əmlaklarını sığortalamalıdırlar.

"Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti