Bakı. Fərid Zöhrabov - Trend:
Bakı Şəhər İcra Hakimiyyətində tanınmış tarixçilərin, diplomatlarının, hərbiçilərinin, məmurların, Millət Vəkillərinin, Vətən Müharıbəsi veteranları və qazilərinın iştirakı ilə Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” və “Zəfər memuarları - Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitablarının təqdimatı keçirilib.
Trend xəbər verir ki, təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biridir. Kitab müharibənin əvvəlindən bu günə kimi olan bütün mərhələləri əhatə edir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, onun səbəbləri, Vətən müharibəsindəki Qələbə kitabın hazırlanması prossesində iştirakçılar tərəfindən ətraflı araşdırılmışdır. Bu gün biz tam əminliklə deyə bilərik ki, bu Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır. Kitabda bütün bu məsələlər açılır.
Vətən müharibəsində əldə etdiyimiz Zəfər ölkə başçısının intellekti, müdrik siyasəti və dahi srkərdəlik məharəti sayəsində əldə olunub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində ölkədə güclü iqtisadiyyat və bu iqtisadiyyat əsasında qüdrətli ordu yaradılıb. Beynəlxalq münasibətlər sahəsində önəmli uğurlar əldə edilib ki, bunun da nəticəsində Zəfər qazanılıb.
Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır.
Biz, bu dövrün müasirləri olaraq müharibə həqiqətlərini təhlil etməli və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” və “Zəfər memuarları- Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitablarının hazırlanması ideyası meydana gəldi və bu gün kitablar geniş ictimaiyyətə təqdim olunur.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlananan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabına tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin, məmurların Vətən müharibəsi ilə bağlı yazıları, “Zəfər memuarları- Döyüşçülər Sərkərdə və müharibə haqqında” kitabına isə Vətən müharibəsinin iştirakçısı olan zabit, döyüşçü və qazilərin dahi Sərkərdə, Savaş və Zəfər barədə memuarları daxil edilərək nəfis tərtibatda çap olunub.
Təqdimat mərasimində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatı Anar İsgəndərov, Müdafiə Nazirliyi 5-ci Ordu Korpusu komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqlı, Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva digər çıxışçılar yenicə çap edilən kitabların əhəmiyyətini qeyd edərək bu nəşrlərin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar.
Kitabların 4 dildə - Azərbaycan, rus, türk və ingilis dillərində çapı nəzərdə tutulub.