...

Azərbaycanda koronavirusdan sağalanları sayı 600 mini ötüb

Cəmiyyət Materials 1 Yanvar 2022 20:03 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8 365 nəfər vəfat edib, aktiv xəstə sayı 8 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, ötən müddət ərzində isə ümumilikdə 5 870 329 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti